Zaxarova Ermənistan-Azərbaycan sərhədindəki insidentdən DANIŞDI
Rusiya sülhməramlıları aprelin 11-də Gorus rayonunun Dığ kəndi yaxınlığında atışmanın baş verdiyi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin deeskalasiyası üçün operativ tədbirlər görüb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə aprelin 12-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova bildirib.
"Aprelin 11-də Ermənistan-Azərbaycan sərhədində, Tex (Dığ - redş) qəsəbəsi yaxınlığındakı qoşunların təmas xəttində silahlı insident baş verib. Təəssüf ki, mövcud məlumata görə, ölən və yaralananlar var", - diplomat qeyd edib.
Zaxarova bildirib ki, "ərazidə olan Rusiya Federasiyası FTX-nin silahlı qüvvələrinin və Sərhəd Xidmətinin nümayəndələri dərhal Ermənistan və Azərbaycandakı məsul şəxslərlə əlaqə saxlayıb və gərginliyin aradan qaldırılması üçün tədbirlər görüblər”.
Turan İSMAYIL