Avropa İttifaqından sərhəddəki insidentlə bağlı ÇAĞIRIŞ

 14:48 12.04.2023     496

Bakı və İrəvan sərhədin delimitasiyası ilə bağlı danışıqları aktivləşdirməlidir, Avropa İttifaqı (Aİ) prosesi dəstəkləməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bu barədə Aİ Xarici İşlər Xidmətinin çərşənbə günü Brüsseldə Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı yaydığı bəyanatda deyilir.

“Əvvəlki öhdəliklərə, o cümlədən 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı 2022-ci ilin oktyabrında Praqada götürülmüş öhdəliklərə hörmət edilməlidir.  Aİ həmçinin sərhədlərin delimitasiyası danışıqlarını aktivləşdirməyə çağırır və bu prosesi dəstəkləməyə hazırdır” - mətndə qeyd olunub.

Turan İSMAYIL