Bakı və İrəvan Rusiyanın sülh danışıqları təklifinə razılıq verib - Zaxarova

 15:36 12.04.2023     474

Ermənistan və Azərbaycandan olan tərəfdaşlar Rusiyanın sülh müqaviləsi üzrə ikitərəfli danışıqların növbəti raundunun keçirilməsi təklifini qəbul ediblər.

Redaktor.az "Sputnik"ə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Onun sözlərinə görə, Rusiyanın Ermənistan və Azərbaycana bu ölkələr arasında sülh müqaviləsinin hazırlanmasında hər cür kömək etmək səyləri zəifləmir.

"Tərəfdaşlar bizim ərazimizdə ikitərəfli danışıqların növbəti raundunun keçirilməsi təklifimizi qəbul ediblər. Biz hər şeyin nəhayət razılaşdırıldığı və bu məlumatı nə vaxt dərc edə biləcəyimiz tarixləri açıqlayacağıq", - Zaxarova bildirib.

Turan İSMAYIL