Zaxarova sülhməramlıların Qarabağa nə daşıdığını AÇIQLADI

 17:00 12.04.2023     604

Rusiya Laçın dəhlizinin blokunun tamamilə açılmasının tərəfdarıdır.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.

"Biz Laçın dəhlizinin blokunun tamamilə açılmasının tərəfdarıyıq, ölkəmizin Müdafiə Nazirliyi, sülhməramlı kontingentin komandanlığı idarəmizlə birgə müvafiq səylər göstərir", - Zaxarova bildirib.

Onun sözlərinə görə, erməni və azərbaycanlı həmkarlarının bu məsələ ilə bağlı ətraflı təklifləri var.

“Sülhməramlılar Qarabağlıların ərzaqla, zəruri mallarla təmin olunması məsələlərini yerlərdə həll edir, hər gün onlarla ton humanitar yük gətirilir”, - rusiyalı diplomat qeyd edib.

Onun sözlərinə görə, Moskva ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu əsasında İrəvan və Bakı arasında münasibətlərin normallaşmasına kömək etmək üçün vəziyyətin tezliklə həllini gözləyir.

Turan İSMAYIL