Hikmət Hacıyev İran səfiri ilə görüşdü

 17:13 12.04.2023     453

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə səfir Tvitter hesabında məlumat yayıb.

İran səfiri Hikmət Hacıyevlə görüşünün səmimi və konstruktiv məcrada keçdiyini vurğulayıb.