"Biz qoşunları sərhəddən çıxarmağa hazırıq" - Paşinyan

 12:26 13.04.2023     242

Ermənistan Avropa İttifaqının (Aİ)qoşunların Azərbaycanla sərhədin bütün perimetri boyu geri çəkilməsi ilə bağlı təklifi ilə razılaşır.

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Bundan əvvəl Avropa İttifaqı tərəflərə sərhəddə vəziyyəti azaltmaq üçün qoşunların çıxarılması təklifi ilə çıxış edib.

"Biz qoşunları 2021-ci ildən çıxarmağa hazır olduğumuzu bəyan edirik. Bu cür hərəkətlər Praqa bəyanatının və Soçidəki üçtərəfli bəyanatın əsasında duran məntiqə əsaslanır", - Ermənistan hökumətinin başçısı qeyd edib.

Lakin Paşinyan iddia edib ki, Azərbaycan buna əngəl yaradır.

Xatırladaq ki, aprelin 11-də Ermənistan ordusu Azərbaycanın Laçın rayonu ilə sərhəddə təxribat törədib.

Nəticədə Azərbaycan ordusunun 3 hərbi qulluqçusu şəhid olub, 4 hərbçimiz isə yaralanıb. Ordumuzun cavab tədbirləri nəticəsində 4 erməni hərbçisi ölüb, 6 nəfər yaralanıb.

Turan İSMAYIL