Azərbaycanın yeni kənd təsərrüfatı naziri kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.
Redaktor.az xəbər verir ki, M.Məmmədov bu vəzifəyədək “PASHA Holding” MMC-nin bağçılıq və innovativ ting biznesləri olan “Grand-Agro”nun rəhbəri işləyib.
Daha sonra “Agro Food Investment” MMC-nin direktoru təyin olunub.
O ötən ilin aprelində bu vəzifədə Tofiq Həmidovu əvəzləyib.
Ondan əvvəl isə Məcnun Məmmədov "Paşa holdinq"in bağçılıq üzrə biznesində önəmli layihələri idarə edib.
Yeni nazir Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb.
Tunar Altunbay