Diplomatik səviyyədə peşmanlıq: Ermənistan rəsmisi bayraq təxribatını şərh etdi

 17:43 15.04.2023     367

Ermənistan baş nazir aparatının rəhbəri, İrəvanda başlayan ağır atletika üzrə Avropa çempionatının Təşkilat Komitəsinin sədri Arayik Arutyunyan Azərbaycan idmançılarına qarşı törədilən təxribatla bağlı yaranmış vəziyyəti şərh edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan KİV xəbər yayıb.

Məlumata görə, o, dünənki hadisənin Ermənistanı tam şəkildə yeni tərzli, innovativ, mədəni, idman mərkəzi və əməkdaşlığa, dostlaşmağa dəyər verən ölkə kimi təqdim etməyə imkan vermədiyini vurğulayıb.

“Hər halda, bəlkə də, son detalı nəzərə almamışıq, hesablamamışıq... Dövlətə, bəli, dövlətə qayğı ilə yanaşmaq lazımdır. Hər bir düşüncəsiz, guya “qəhrəmanlıq” addım bizi geridə qoya, tərəqqi yolundan geri çəkə bilər”, - deyə bəyanatda bildirilir (oxu.az).