"Ermənistan mütləq qonşuları ilə münasibətlərini normallaşdırmalıdır" - Paşinyan

 13:31 18.04.2023     283

"Sülh Türkiyə və Azərbaycanla münasibətlərin tənzimlənməsi deməkdir".

Redaktor.az "news.am"a istinadla xəbər verir ki, bunu Ermənistan Milli Assambleyanın növbədənkənar iclasında “Ermənistan hökumətinin 2022-ci ildə (2021-2026) proqramının icrasının gedişi və nəticələri haqqında” hesabatın müzakirəsi zamanı Baş nazir Nikol Paşinyan deyib.

Hökumət başçısının sözlərinə görə, Ermənistan mütləq qonşuları ilə münasibətlərini normallaşdırmalıdır. “Mən Ermənistanın gələcəyinə inanan insanlar qarşısında müstəsna məsuliyyətimizi qeyd etməliyəm. Bu gələcəyə şübhəsi olan hər kəs qarşısında bizim məsuliyyətimizi də qeyd etməliyəm. Və bu tarixi dövrdə bu məsuliyyətin yalnız bir təzahürü ola bilər - sülh, bu da dörd qonşu ilə münasibətlərin normallaşması deməkdir”, - baş nazir bildirib. Eyni zamanda o qeyd edib ki, yalnız İran və Gürcüstanla münasibətlərin dərinləşməsinə ehtiyac var.

Lakin onun fikrincə, əsas sual başqadır - bunun nə dərəcədə real və mümkün olmasıdır. “Bu məsələnin iki tərəfi var. Birincisi, dünya tək qurulmayıb. Azərbaycanın fəaliyyətinin və siyasətinin nə dərəcədə sülhə yönələcəyi vacibdir. İkincisi, xüsusilə 44 günlük müharibədən sonra kompromislər əldə olunarsa, onların Ermənistan vətəndaşları üçün nə dərəcədə məqbul olacağını və bu kompromislərin ağrılı şəkildə həyata keçirilməsinə nə dərəcədə imkan verəcəyini anlamaq vacibdir”, - Paşinyan yekunlaşdırıb.

Turan İSMAYIL