İran Ermənistanın uduzmağını həzm edə bilmir - Əhməd Obalı

 15:27 18.04.2023     254

İranda aylardır iğtişaşlar davam edir. Son zamanlar səngisə də, bunun davamlı olacağı gözlənilir.

Redaktor.az xbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Günaz TV"nin təsisçisi Əhməd Obalı deyib.

 

O bildirib ki, çünki İranda qadınlara azadlıq verilmir, iqtisadiyyat çöküb, rejim milləti idarə edə bilmir və millət də rejimi istəmir.

"Son 3 gün ərzində yenə də qız şagirdlərə qarşı bir neçə məktəblərdə kimyəvi hücumlar davam edib. İran dövləti siyasətini farsçılıq üzərində qurduğuna görə, türk düşmənçiliyi amili aradan qalxmayacaq. Azərbaycan gücləndikcə İran müəyyən addımlar atmağa çalışır. Ermənistan müharibəni uduzsa da, İran o uduzmanı həzm edə bilmir. Lakin İranın əlində çox kart qalmayıb. Yəqin ki, terror qruplarından və yaratdığı 5-ci kolondan istifadə edəcək. Amma Azərbaycan güclənir və bütün dünya, o cümlədən də ABŞ Azərbaycanın tərəfini tutub"(apa) .