G7 ölkələri Rusiyaya ixraca tamamilə qadağa qoyacaq
G7 ölkələri Rusiyaya malların ixracına demək olar ki, tam qadağa tətbiq etmək imkanını nəzərdən keçirir.
Redaktor.az xəbər verir ki, bu barədə cümə axşamı mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
Agentliyin məlumatına görə, G7 ölkələrinin rəsmiləri mayın 19-21-də Xirosimada keçirilməsi planlaşdırılan G7 sammiti ərəfəsində Rusiyaya ixraca tam qadağa imkanlarını müzakirə edirlər.
Qeyd olunur ki, ixrac qadağasına dərman, kənd təsərrüfatı məhsulları və ərzaq məhsulları kimi istisnalar da olacaq.
G7 nümayəndələri Avropa İttifaqı üzvlərinin məhdudlaşdırıcı tədbirə qoşulacağını gözləyirlər. Mümkün qadağanın müzakirəsi hələlik davam edir, yekun qərar verilməyib.
Tunar Altunbay