NATO-Azərbaycan tərəfdaşlığı müzakirə edildi

 13:45 21.04.2023     368

Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə NATO Baş katibinin qadınlar, sülh və təhlükəsizlik üzrə xüsusi nümayəndəsi İren Fellin ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə C.Hüseynzadə özünün Tviter hesabında məlumat verib.

“Görüşdə NATO ilə Azərbaycan arasında tərəfdaşlığı, Qadınlar, Sülh və Təhlükəsizlik mövzusu ilə bağlı gündəmdə olan məsələləri, həmçinin bu ilin payızında Bakıda keçiriləcək yüksək səviyyəli konfransı müzakirə etdik”, - diplomat yazıb.

T.İSMAYIL