Haaqa Məhkəməsi Ermənistanın sənədinə baxılmanı DAYANDIRDI

 14:35 24.04.2023     324

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxılmanı dayandırır.

Redaktor.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilir ki, cari ilin 21 aprel tarixində Azərbaycan tərəfi "İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında" Konvensiya çərçivəsində Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmış əsas iddiaya qarşı ilkin etirazlarını Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi təqdim edib.  

"Azərbaycanın qeyd edilən ilkin etirazları ilə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxılmanı dayandırıb"-, deyə qeyd olunur.