"Burada yalnız bir günahkar varsa, o da Ermənistandır" - Avropa Şurasının Komissarı

 21:05 24.04.2023     350

"Mənim missiyam ölkələrin sərhədlərinə nəzarət etməkdən ibarət deyil".

Redaktor.az xəbər verir ki, bu fikirləri Dunya Miyatoviç qurumun yaz sessiyası zamanı Ermənistandan olan deputatın Qarabağa niyə getməməyi ilə bağlı ittihamına cavab olaraq deyib.

"Mənim missiyam ölkələrin sərhədlərinə nəzarət etməkdən ibarət deyil. Mənim işim insan hüquqları pozulduğu zamanı problemlərin həllini tapmaqdır. Mənim vəzifəm itkin düşənlərin, münaqişələr nəticəsində hüquqları pozulan yaşlıların, uşaqların problemləri ilə, minalanmış ərazilərlə bağlı məsələləri araşdırmaqdan ibarətdir".

Komissar Ermənistanı Avropa Şurası ilə əməkaşlıq etməkdən imtina etməkdə suçlayıb:

"Mən müharibə olan bölgələrə gedə bildiyim halda Qarabağa gedə bilmirəm. Burada yalnız bir günahkar varsa, o da Avropa Şurasına üzv dövlətlərdir ki, əməkdaşlıq etməkdən imtina edirlər. Mənim vəzifəmi siyasətləşdirmək düzgün deyil" (report).