Sudandakı azərbaycanlılar təxliyə olunacaq? - XİN-dən AÇIQLAMA

 14:16 25.04.2023     317

Xəbər verdiyimiz kimi, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordu ilə Xüsusi Təyinatlı Qüvvələri arasında silahlı toqquşmalar başlayıb.

Məlumata görə, döyüşlər nəticəsində 600-dən çox insan həlak olub. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə 420 nəfərin öldüyünü, 3700-dən çox insanın isə yaralandığını bildirib.

Artıq bir çox ölkələr Sudandan vətəndaşlarını təxliyə etməyə başlayıb. 

Qeyd edək ki, Sudanda yaşayan azərbaycanlılar da var.

Bəs, onlar təxliyə olunacaqmı?

Məsələ ilə bağlı Redaktor.az Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ilə əlaqə saxladı.

XİN-nin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirdi ki, bu istiqamətdə iş aparılır.

"Dəqiqləşdirmələr aparılır. Biz açıqlama verəcəyik", - deyə o, bildirdi.

Həmidə İbrahimli