"Dünya təhlükəli meyillərin girdabındadır" - Musa Qasımlı

 14:24 26.04.2023     330

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, "soyuq müharibə"dən bəri dünya bəlkə də daha da təhlükəli həddə yaxınlaşıb.

Qeyd edək ki, Qərblə SSRİ arasında baş verimiş "soyuq müharibə" ikincinin dağılması ilə başa çatıb.

Bəs indiki vəziyyəti "soyuq müharibə" kimi dəyərləndirmək olarmı?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Musa Qasımlının fikrincə, 1946-cı ildən başlayan və 80-ci illərin sonuna qədər davam edən "soyuq müharibə"dən sonra yaranmış şərait çox ağırdı.

“Dünyada mürəkkəb və qarışıq proseslər gedir. Dünya düzəni pozulub. İndiki şəraiti "soyuq müharibə"dən də ağır olan kimi qiymətləndirmək mümkündür. Çünki "soyuq müharibə" dövründə bəlli bir tarazlıq, iki qütblü dünya var idi. İndi isə, dünyada sanki xaos və anarxiya baş alıb gedir. Ona görə dünya təhlükəli meyillərin girdabındadır", - deyə millət vəkili bildirdi.

Arzu İSMAYIL