Fransanın xarici işlər naziri Bakıya gəldi
Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna Bakıya gəlib.
Bu barədə Redaktor.az-a Fransa səfirliyindən bildirilib.
"Qafqaza səfərimə Azərbaycanda, Ermənistanda, sonra Gürcüstanda başlamaq üçün Bakıya gəldim. Fransa, regionda sülhün qorunmasının nə qədər vacib olduğunu bilir. O, buna qətiyyətlə sadiqdir.
Bu, daşıyacağım mesajdır" – diplomat bildirib.