"Laçın dəhlizi ətrafında vəziyyətin normallaşmasına çalışırıq" - Zaxarova

 14:29 27.04.2023     329

Laçın dəhlizi ətrafında vəziyyətin nizamlanması üçün Rusiya sülhməramlıları vasitəsilə və siyasi səviyyədə səylər göstərilir.

Redaktor.az xəbər verir ki,  bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Hazırda  Rusiya sülhməramlıları vasitəsilə Laçın dəhlizi ətrafında vəziyyətin nizamlanması və 9 noyabr 2020-ci il tarixli üçtərəfli sazişlərin əsas axınına qayıtmaq üçün lazımi səylər göstərilir", - o qeyd edib. .

Diplomatik departamentin rəsmi nümayəndəsi vurğulayıb ki, Rusiya tərəfi də rəsmi İrəvanın qarşılıqlı məqbul həll yollarının axtarışına töhfə verməsini prinsipial əhəmiyyət kəsb edir.

Tunar Altunbay