“Ermənistan prosesə yenidən döndüyünü açıqlayıb” - Ceyhun Bayramov

 14:38 27.04.2023     312

“Sülh sazişi və sülh danışıqları istiqamətində bütün addımlar ilk Azərbaycan tərəfindən atılıb”.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fransalı həmkarı Ketrin Kolonna ilə birgə keçirilən mətbuat konfransında deyib.

C.Bayramov bildirib ki, Ermənistan prosesə yenidən döndüyünü açıqlayıb: “Biz realist olmalıyıq, bu sadə proses deyil. Bu prosesi dəstəkləyirik və burada iştirak edəcəyik. Bu prosesin irəli aparılması üçün əlimizdən gələni edəcəyik”.