Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü TƏSDİQLƏNDİ

 17:40 27.04.2023     455

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov görüşün keçirilməsi barədə razılığa gəliblər. Hazırda görüşün tarixi dəqiqləşdirilir.

Redaktor.az xəbər verir ki, bu barədə cümə axşamı yerli KİV-ə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Əvvəllər xəbər verdiyimiz kimi, görüşlərlə bağlı təkliflər var, indi də razılaşmalar var. Konkret tarixi sonra qeyd edəcəyik", - mətbuat xidmətindən bildiriblər.

Cümə axşamı günü Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib ki, Ermənistan və Azərbaycan diplomatik idarələrinin rəhbərləri arasında görüş barədə razılıq əldə olunub.

Tunar Altunbay