""Nemezis"ə baxan hər bir erməni uşağı özünü terrorçu kimi görəcək" - Musa Qasımlı

 18:10 27.04.2023     595

Xəbər verdiyimiz kimi, aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Nemezis" terror əməliyyatına həsr olunan abidənin açılışı olub.

Türkiyə Xarici İşlər Nazirliyi, eyni zamanda Türkiyənin Azərbaycandakı səfiri də bu abidənin açılmasını qətiyyətlə pisləyib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Musa Qasımlı bildirdi ki, İrəvanda belə bir abidənin açılması Ermənistan adlı bir dövlətin siyasətinin mahiyyətini göstərir.

"Bir daha məlum olur ki, Ermənistan neonasist, neofaşist terroru himayə edən bir dövlətdir. Ayrıseçkilik, terror Ermənistanda dövlət siyasətidir. Abidələrin qoyulmasına sadəcə bir abidə kimi yanaşmaq doğru olmaz. Abidələr bir əyani təbliğat vasitəsidir. Ona hamı tamaşa edir. Deməli, ona baxan hər bir erməni uşağı özünü terrorçu, nasist, erməni faşizminin daşıyıcısı kimi görəcək. Əslində, Ermənistanda belə abidələrin qoyulması neofaşizmin, neonasizmin təbliğ edilməsidir. İrqçiliyin dövlət siyasəti səviyyəsində aparıldığının göstəricisidir. Ona görə də Ermənistan müasir dünyaya uyuşmayan terrorçu bir dövlətdir",-deyə millət vəkili qeyd etdi.

Həmidə İbrahimli