Polad Bülbüloğlu erməni səfirlə Laçın dəhlizindəki vəziyyəti müzakirə etdi

 20:29 27.04.2023     464

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə Azərbaycan və Ermənistanın Moskvadakı səfirləri Polad Bülbül oğlu və Vaqarşak Arutyunyan cümə axşamı Qarabağda, o cümlədən Laçın dəhlizində vəziyyətin inkişafını müzakirə ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

“Laçın dəhlizində və bütövlükdə Dağlıq Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə edilib”, - nazirlikdən bildirilib.

Nazirlik həmçinin qeyd edib ki, tərəflər görüş zamanı “Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-2022-ci illərdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair” bütün razılaşmalarına əməl olunmasının vacibliyini təsdiqləyiblər.

Turan İSMAYIL