"Əks halda bu dövlət, bu millət siyasi, dini, ideoloji cahilliyə təslim olacaq" - Fazil Mustafa

 12:41 28.04.2023     437

"Artıq yeni kitabımı "Qanun" nəşriyyatına təqdim etdim. Düşüncələrin yenidən çək- çevir edilməsinə yardım edəcək bu kitabın şərti adı "Dirilən adamın düşüncələri" olacaq".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa özünün feysbuk hesabında yazıb.

"Xəstəxanada və evdə müalicə prosesində işləyib tamamladım. Rəmzi mənada yenidən aktiv siyasətə kitabla başlamağı düşünürəm. Kitabsız vətənpərvərlərin, kitabsız dinçilərin cövlan etdiyi, söz sahibinə çevrildiyi, ictimai rəyin boğazına kəndir keçirdiyi məmləkətimizdə doğru düşüncəni israrla yaymalıyıq, çatdırmalıyıq. Çox yazmalıyıq, çox anlatmalıyıq. Əks halda bu cəmiyyət, bu dövlət, bu millət siyasi, dini, ideoloji cahilliyə tədricən təslim olacaqdır...", - deyə deputat vurğulayıb.

T.İSMAYIL