“Yaxın vaxtlarda İrəvanla Bakı arasında danışıqlar gözlənilir” - Armen Qriqoryan

 14:59 28.04.2023     291

“Yaxın vaxtlarda İrəvanla Bakı arasında danışıqlar gözlənilir”.

Redaktor.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, hər iki tərəfdən olan nümayəndələr sülh sazişi üzrə danışıqları davam etdirmək üçün yaxın zamanlarda görüşəcəklər: “Yaxın zamanlarda danışıqlar gözlənilir. Bu səbəbdən biz hazırladığımız sülh müqaviləsinin layihəsini Azərbaycana göndərməmişik. Hazırda müzakirələr davam edir”.