"Azərbaycan və Ermənistan liderlərinin Moldovada görüşəcəyinə ümid edirik" - Fransalı nazir

 16:09 28.04.2023     479

 Fransa Ermənistan və Azərbaycanın Kişinyovda yüksək səviyyəli dialoq aparacağına ümid edir.

Redaktor.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.

Qeyd edək ki, iyunun 1-də Moldovanın paytaxtında 47 ölkənin liderləri, eləcə də Avropa İttifaqının rəhbərliyinin iştirak edəcəyi Avropa Siyasi Birliyinin toplantısı planlaşdırılır. Ermənistan tərəfi rəsmi olaraq tədbirdə iştirak etmək niyyətini bəyan etməyib.
Kolonnanın fikrincə, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesini genişləndirmək və onu inkişaf etdirmək lazımdır.

"Ümid edirik ki, Kişinyovda Praqada (keçən oktyabrda) keçirilən dialoqa bənzər yüksək səviyyəli dialoq keçirmək mümkün olacaq",- fransalı nazir bildirib.

Tunar Altunbay