"“Kərimə dövləti” barədə çağırış edənlər Azərbaycana təhvil verilməlidir" - Ceyhun Məmmədov

İran tərəfi Azərbaycan ərazisində “Kərimə dövləti”nin qurulması barədə çağırış edən iki azərbaycanlını ölkəmizə təhvil verməlidir.
Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, islamın siyasiləşdirilməsi yönündə cəhdlərin də qarşısı qətiyyətlə alınmalıdır:
“Bu düşüncədə olan insanlar məscidlərdən də uzaqlaşdırılmalıdır”.
Qeyd edək ki, “Hüseyniyyun” Hərəkatının üzvləri Orxan Məmmədov və Tohid İbrahimbəylinin İranda saxlanılması barədə məlumatlar yayılıb.