"Ermənistan sürətlə Rusiyadan uzaqlaşır" - Politoloq

 17:21 02.05.2023     339

Xəbər verdiyimiz kimi, Ermənistan BMT-nin Avropa Şurası ilə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qətnaməsinin lehinə səs verib. Qətnamədə Rusiyanın "Ukrayna və Gürcüstana qarşı təcavüzü” xatırlanıb. Lakin Rusiya bu ifadənin sənədin mətnindən çıxarılmasına nail ola bilməyib.

Bəs, Ermənistanın bu addımı nədən irəli gəlir? Rusiya-Ermənistan münasibətlərinə hansı təsiri ola bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Qabil Hüseynlinin sözlərinə görə, bu, Ermənistanın birinci hərəkəti deyil.

“Artıq bir-iki dəfə Rusiyanı tənqid edən qətnamələrə səs verib. Bu onu göstərir ki, Ermənistan kifayət qədər sürətlə Rusiyadan uzaqlaşır. Rusiya ilə arasındakı körpüləri yandırır. Və bu, bir növ Qərb istiqamətli siyasi xəttdir. Buna görə də bu məsələnin baş verməsinə artıq təəccüblənməyə dəyməz. Bunu təbii qarşılamaq lazımdır”, - deyə politoloq bildirdi.

Arzu İSMAYIL