Ceyhun Bayramov və Ararat Mirzoyan sülh sazişi layihəsini müzakirə etdilər

 23:38 02.05.2023     405

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ikitərəfli görüşü davam edir.

Redaktor.az xəbər verir ki, Arlinqtonda keçirilən görüşdə XİN başçıları tərəfindən Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinə dair müzakirələr aparılır.

Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub.

Daha sonra Ceyhun Bayramov və Ararat Mirzoyan ikitərəfli görüş keçiriblər.