"Azərbaycanla münasibətləri tənzimləmək istəyirik" - Erməni deputat

 14:27 03.05.2023     311

“Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar gedir”.

Redaktor.az “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasından olan deputat Sarqis Xandanyan deyib.

O bildirib ki, danışıqlar tamamlanana qədər nəticələr barədə danışmaq tezdir.

Deputatın sözlərinə görə, Ermənistanın vəzifəsi regionda hərtərəfli sülhə və Azərbaycanla münasibətləri tənzimləməyə nail olmaqdır: “Bu məsələlər danışıqlar masası arxasında həllini tapmalıdır. Aydınlaşdırmaya ehtiyacı olan hüquqi ifadələr var. Sənəd siyasi müzakirələrin nəticəsidir. Sülh sazişinin etibarlı olması üçün buna təminat verən mexanizmlər lazımdır”.

S.Xandanyan söyləyib ki, bu mexanizmlərin yaradılması beynəlxalq ictimaiyyətin fəal iştirakı ilə bağlıdır.