İran Azərbaycanın 4 diplomatını "arzuolunmaz" elan etdi

 13:53 05.05.2023     796

"Məlum olduğu kimi, cari ilin aprel ayının əvvəlində İranın ölkəmizdəki Səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilib".

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadənin Azərbaycanın İrandakı səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun əməkdaşlarının İran tərəfindən arzuolunmaz şəxs elan edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

"İran tərəfi, öz növbəsində Azərbaycanın bu addımından bir neçə gün sonra, heç bir əsas olmadan və yalnız qarşılılıq prinsipini bəhanə gətirərək, ölkəmizin İrandakı Səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş 2 nəfər əməkdaşı və Baş konsulluğun 2 nəfər əməkdaşını arzuolunmaz şəxs elan edib.

Ölkəmizə qarşı atılmış bu addım bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir", - o vurğulayıb.