Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bu dəfə Moskvada görüşəcəklər
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 19-da Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla sülh sazişinin mətni üzrə danışıqları davam etdirmək üçün yeni görüş keçirəcək.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
"Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar Rusiya tərəfinin dəvəti ilə mayın 19-da Moskvada keçiriləcək", - o qeyd edib.
Xatırladaq ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bundan öncə ABŞ-da bu ölkənin Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin təşəbbüsü ilə sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar aparıblar.
Turan İSMAYIL