Blinken Şarl Mişellə Cənubi Qafqazda sülhü müzakirə etdi

 09:55 11.05.2023     391

ABŞ dövlət katibi Entoni Blinken Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Cənubi Qafqazda sülh məsələsini müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Blinken öz tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, Ş.Mişellə Ukraynaya dəstək, Cənubi Qafqazda sülh və transatlantik tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.