"Ermənilərin təxribatı Rusiyanın hoqqabazlığıdır"- Ekspert

 13:51 11.05.2023     510

Xəbər verdiyimiz kimi ötən gün axşam saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Təxribat nəticəsində ordumuzun hərbçisi şəhid olub.

Ermənistanın iki ölkə arasında liderlər səviyyəsində vacib görüşlər öncəsi təxribatların törətməsi artıq ənənəvi hal alıb. 

Bu dəfə də, mayın 14-də planlaşdırılan Brüssel görüşü öncəsi Ermənistan tərəfi təxribata əl atdı.

 Bu təxribatla düşmən tərəf nə əldə etmək istəyir?

Mövzu ilə bağlı hərbi-ekspert Üzeyir Cəfərov Redaktor.az-a danışdı.

Ekspert bildirdi k, bu təxribatlar mayın 14-dəki görüşü əngəlləmək üçün rəsmi Moskvanın təşkil etdiyi oyundur:

"Son Vaşinqton görüşündən sonra narahatçılıq yaranıb. Çalışırlar ki, tərəflər arasında gərginlik olsun və buna görə görüş baş tutmasın. Moskvanın da əsas çalışdığı budur. Təxribatı da o məqsədlə törədiblər, amma heç nəyə də nail olmayacaqlar. Yaratdıqları təxribatlar nəticəsində əsgər və zabitlər xəsarət alıb, həyatlarını itirirlər. Mən düşünmürəm ki, Ermənistan hansı bir məqsədinə çatacaq, bu, Rusiya tərəfindən təşkil olunmuş bir xain hərəkətdir.

Nəzərə alsaq ki, ötən həftələrdə Rusiya sülhməramlılarının komandanı Bakıdan əliboş qayıdıb və ermənilərə verdiyi sözü tuta bilmədiyinə görə bu gün Rusiyaya qarşı çox böyük bir nifrət var. Onların fonunda bu təxribat təşkil olunub. Azərbaycan ordusunun da bu təxribatın qarşısını almaq üçün heç bir problemi yoxdur. Ermənistan ağılsızlıq edib, bu təxribata gedir. Hamı da başa düşür ki, buradakı oyun rusların oyunu, hoqqabazlıqlarıdır. Rusiya problemin həllini istəmir, əksinə daha dərinləşməsini çalışır".

Humay İSGƏNDƏRLİ