İncənin elektoratı kimə səs verəcək? - AÇIQLAMA

 17:17 11.05.2023     389

Xəbər verdiyimiz kimi, Türkiyə prezidentliyinə namizəd Vətən Partiyasının sədri Məhərrəm İncə bu gün öz namizədliyini geri götürdüyünü və ən yüksək post uğrunda mübarizədən geri çəkildiyini açıqlayıb.

Maraqlıdır, Məhərrəm İncəyə səs verəcək seçicilər bundan sonra kimə səs verəcək? AKP lideri Rəsəb Tayyib Ərdoğana, yoxsa CHP lideri Kamal Kılıçdaroğluna?

Mövzu ilə bağlı politoloq İlham İsmayıl Redaktor.az-a bildirdi ki, Məhərrəm İncənin geri çəkilmə səbəbi seçki prosesindən də göründüyü kimi məğlubiyyətə doğru getməsidir.

"Ən çox hədəfi də mövcud hakimiyyət deyil, Kılıçdaroğludur. Buna görə də fikirləşirdi ki, bəlkə prespektivdə Ərdoğan qalib gələcəksə, ona hansısa təklif edəcək. Amma düşündü ki, zamanında Ərdoğana qarşı namizəd olub. Bunun üçün də düşündüyü təklif ona vəd olunmuyacaq. Seçicilərinin kimə səs verəcəyi dəqiq deyil. Çox güman ki, parçalanmalar olacaq. Məhərrəm İncənin elektoratı daha çox müxalifətə yaxındır. Ola bilər ki, Kılıçdaroğluna səs versinlər. Onu da qeyd edim ki, Məhərrəm İncə müxalifətin qalib gəlməməsi üçün tərəfdarlarını Ərdoğana səs vermələri üçün yönəldə bilər", - deyə siyasi ekspert qeyd etdi.

Humay İSGƏNDƏRLİ