"Üç-dörd "toyuq oğrusu"nun azadlığa çıxmaması bəzilərini narahat edib" - Siyavuş Novruzov
"AXCP, Müsavat və ya Milli Şuranın üç-dörd "toyuq oğrusu"nun azadlığa çıxmaması bu insanları narahat edib".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin mayın 12-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Azərbaycanda uzun illər fəaliyyət göstərən hüquq müdafiə təşkilatları imzalanan sərəncamı alqışlayırlar. Amma bir neçə nəfər var - özünü hüquq müdafiəçisi elan edənlər, rüşvətxorlar, oğrular əfv sərəncamına hansısa formada kölgə salmağa çalışırlar. Bütün bunlara baxmayaq ölkə rəhbərinin humanist siyasəti davam edir və bundan sonra da davam edəcək”, - o, əlavə edib.