Paşinyan İlham Əlyevlə görüşmək üçün Brüsselə getdi

 12:43 13.05.2023     425

Ermənistanın Baş naziri Nikol Paşinyan artıq Brüsselə işgüzar səfərə gedib.

Redaktor.az "Sputnik- Ermənistan"a istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, sabah Paşinyan əvvəlcə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşəcək.

Daha sonra Ermənistanın Baş naziri, Avropa Şurasının prezidenti və Azərbaycan Prezidenti İlham Əliyev arasında üçtərəfli görüş planlaşdırılır.

Tunar Altunbay