Ərdoğan seçkilərdən sonra ilk gedəcəyi ölkəni açıqladı

 17:51 13.05.2023     436

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsindəki prezident və parlament seçkilərindən sonra Azərbaycana gəlmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, o, bu sözləri jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Seçkilərdən sonra ilk addım qardaş, dost ölkələrə səfər etməkdir. Bütün gücümüzü zəlzələ bölgələrində aparılan quruculuq və abadlıq işlərinə sərf edəcəyik. Azərbaycan, Şimali Kipr kimi səfər edəcəyimiz ölkələr var”, - deyə Ərdoğan bildirib.