İlham Əliyev və Paşinyan yenidən Brüsseldə GÖRÜŞƏCƏK

 20:46 14.05.2023     369

Avropa İttifaqı Azərbaycan və Ermənistana hərtərəfli normallaşmaya nail olmaq üçün yardım etməyə sadiqdir.

Redaktor.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra deyib.

“Biz onların birgə səylərinə töhfə verməyə davam edəcəyik”, - Şarl Mişel bildirib.

Onun sözlərinə görə, Aİ-ningizli gündəliyi yoxdur, məqsəd tərəflərin hərtərəfli sülhə nail olmasına töhfə verməkdir. Mişel liderlərin iyulda Brüsseldə görüşəcəyini qeyd edib.

Aİ Prezidenti vurğulayıb ki, Azərbaycan və Ermənistan liderləri münasibətləri normallaşdırmaq istəklərini bildiriblər.