"Ərdoğana qarşı güclü təbliğat var idi" - Ceyhun Məmmədov

 14:10 15.05.2023     449

Xəbər verdiyimiz kimi, dünən Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Türkiyənin hazırkı rəhbəri Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində 49,4%, müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu isə 44,96% səs toplayıb. Parlament çekilərində isə son nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) indiyədək hesablanan səslərin 35.48 %-ni, CHP 25.89 %-ni toplayıb. Xatırladaq ki, sonuncu dəfə, 2018-ci ildə isə AKP 42.56 faiz, CHP 22.65 faiz səs yığıb.

Bəs, AKP-nin səsvermə nəticələrinin aşağı düşməsinin səbəbi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov, hər kəs bu seçkiyə çox ciddi hazırlaşırdı: 

"Ərdoğanın bu dəfə prezident seçilməməsi üçün güclü işlər görüldü. Xaricdə də bu istiqamətdə fəal işin aparılması prosesə öz təsirini göstərdi. Türkiyənin müstəqil siyasət həyata keçiməsi, iqtisadiyyatın bu formada inkişafı birmənalı olaraq başqa dövlətləri qane etmirdi. Buna görə də çox ciddi hazırlıq getdi ki, Ərdoğan həm hakimiyyətdən, həm də parlamentdən kənarlaşdırılsın. Ona görə də, istər Türkiyə daxilində, istərsə də xaricində təbliğatın aparılması ona hesablandı ki, AKP hakimiyyətdən getsin. Hətta bu istiqamətdə sosial şəbəkələrin rolu da az olmadı. Bütün təbliğatlara, siyasi və iqtisadi faktorlara baxmayaraq Ərdoğanın bu qədər səs toplaması böyük uğurdur. İnanıram ki, ikinci turda Ərdoğan və onun partiyası qalib gələcək"

Humay İSGƏNDƏRLİ