"Ərdoğan ikinci turda prezident seçiləcək"- Deputat

 16:51 15.05.2023     381

Xəbər verdiyimiz kimi, Türkiyənin hazırkı rəhbəri Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində 49,4%, müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu isə 44,96% səs toplayıb. Namizədlərdən heç biri 50+1 faiz səs yığmadığı üçün mayın 28-də ikinci tur prezident seçkiləri keçiriləcək.

Qeyd edək ki, Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) indiyədək hesablanan səslərin 35.48 %-ni toplayıb ki, bu da əvvəlki seçkilərin (42.56%) nəticələri ilə müqayisədə azdır.

Maraqlıdır, Ərdoğana verilən səslərin, eyni zamanda AKP-nin səsinin aşağı düşməsinin səbəbi nədir?

Mözvu ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov Redaktor.az-a danışıb.

Deputat bildirdi ki, Ərdoğan 50 faizə yaxın səs toplayıb və rəqibi Kılıçdaroğludan bir neçə milyon artıq səs alıb.

"Ancaq təəssüf ki, 50 faiz səs toplamadı. Bu seçki marafonunda PKK terrorçularından başqa, onları yaradan xarici qüvvələr, ABŞ, bir sıra Avropa ölkələri Ərdoğana qarşı təbliğat aparırdı. Amma bütün bu birləşmələrin qarşısında Ərdoğan və onun rəhbərlik etdiyi ittifaq mətanətlə mübarizə apardı və qalibiyyət göz qabağındadır. Dünyanın güc mərəzləri Ərdoğana qarşı kampaniya aparırdı. Ərdoğan isə nə Fransaya, nə Avropaya baş əyir. Sülhsevər, müstəqil və humanist siyasət yürdür. Buna görə də Ərdoğanı sevmirdilər və çalışırdılar ki, o seçilməsin. Ərdoğan isə dedi ki, mən xaricdən təlimat almıram, xalqımdan və rəbbimdən təlimat alıram. Xalq, rəbbimiz də Ərdoğana qarşı məhəbbətini göstərdi, o da 50 faizə yaxın səslə önə çıxdı. İkinci turda Ərdoğan bundan yüksək səslə Türkiyə Cümhuriyyətinin prezidenti seçiləcək". 

Humay İSGƏNDƏRLİ