Keçmiş diplomatdan Bakıda LGBT bayrağı asan Britaniya səfirinə ETİRAZ

 13:31 18.05.2023     833

Ötən gün Bakıda Böyük Britaniya səfiri Fergus Ould səfirliyinin binası qarşısında LGBT (Lezbian Gey Biseksual Transgender) bayrağı ucaldıb.

Səfirin bu addımı isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Səfirlik qarşısında LGBT bayrağının ucaldılması sosial şəbəkələrdə geniş müzakirələrə və tənqidlərə səbəb olub.

Bir diplomatın bu cür addım atması nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Redaktor.az-a danışan keçmiş diplomat Fikrət Sadıxov bildirdi ki, həmin bayraq artıq səfirlik qarşısında dalğalanmır:

“Hazırda Böyük Britaniya səfirliyinin qarşısından keçirəm, LGBT bayrağı artıq salınıb. Bizim etirazlarımız, münasibətimiz onlara təsir etdi. Əgər öz otağında, binanın içərisində bayrağı sancırsa, bu onun öz işidir. Çünki bütün səfirliklər hansısa bir dövlətin ərazisi hesab olunur. Amma bu bayraq küçədə qaldırılmışdı, küçə ictimai məkandır. Buna görə bizim etirazımız əsaslıdır. Düşünürəm ki, Böyük Britaniya bu etirazı qəbul etdi və bayrağı aşağı saldı”.

Humay İSGƏNDƏRLİ

22