"Görünür, səfir özü də cinsi azlığın nümayəndəsidir" - Hafiz Hacıyevdən Britaniya səfirinə ETİRAZ

 16:11 18.05.2023     583

“Bu hadisəni çox pis qarşılayıram. Qərb indi də istəyir ki, özləri  kimi bizdə də homoseksualları artırsın".

Bu fikirləri Redaktor.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ötən gün Bakıda Böyük Britaniya səfiri Fergus Ouldun səfirliyinin binası qarşısında cinsi azlıqların simvolu olan LGBT bayrağı ucaltmasına münasibət bildirərkən dedi.

Partiya sədri qeyd etdi ki, Azərbaycanda bu qruplaşmanın nümayəndələri yetəri qədərdir, hətta ölkə müxalifətinin liderlərindən biri də homoseksualistdir:

"Bu xalqdan nə istəyirlər, elə canı yanandırlarsa, Qarabağ məsələsində Azərbaycana köməklik etsinlər. Görünür, səfir özü də cinsi azlığın nümayəndəsidir. Yanlış addımdır, millətimizin adət-ənənələrini pozan ünsürlərdir. Sağdan-soldan biri dini təbliğ edir, biri xristinalığı, digərləri də bu cinsi azlığı. Xalq olaraq çətin dövrdən keçirik, millət olaraq ayıq olmalıyıq. Səfirin bu hərəkətini pisləyirəm. İstərdim ki, Xarici İşlər Nazirliyi səfirdən bu məsələ ilə bağlı izahatlar alsın. İmkan verməməliyik ki, Qərbin, Avropanın əxlaqsızlıq hərəkətləri Azərbaycan mentalitetinə xələl gətirsin”.

Qeyd edək ki, Britaniya səfirinin bu addımı Azərbaycanda etirazla qarşılanıb. Daha sonra həmin bayraq səfirlik yerləşən binanın qarşısından yığışdırılıb.

Humay İSGƏNDƏRLİ

22