İlham Əliyev Moskvada Paşinyanla bu tarixdə görüşəcək
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Moskvada Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə keçiriləcək görüşdə iştirak etməyə razılaşıb.
Redaktor.az "Sputnik - Ermənistan"a istinadla bildirir ki, o, bu barədə hökumətin iclasında bildirib.
Hökumət başçısı vurğulayıb ki, Rusiya tərəfdən müvafiq təklif daxil olub və Ermənistan bunu qəbul edib.
Görüş mayın 25-nə təyin edilib.
Məlum olduğu kimi, mayın 19-da Moskvada xarici işlər nazirləri səviyyəsində üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır.
Tunar Altunbay