“Kılıçdaroğlu xalqımızı qütbləşdirməyə başladı” - Ərdoğan

 22:55 18.05.2023     351

“Zəlzələdə zərərçəkənləri təhqir etməklə siyasət aparmaq olmaz”.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlaması zamanı deyib.

“Türkiyədə 14 may seçkiləri ən mühüm sınaqlardan biri oldu. Ölkəmiz ilk dəfə olaraq 2 namizədli seçki yaşadı. Koalisiya masası alyansının necə yarandığını söyləməyə ehtiyac yoxdur. Onları kimin dəstəklədiyini çox yaxşı bilirsiz. Buna baxmayaraq, 2 milyon 500 min fərqlə geridə qaldıqları zaman hansı təhdidləri etdiklərini birlikdə gördük. Onlar separatçı təşkilatın dəstəyini alıblar. Kılıçdaroğlu xalqımızı qütbləşdirməyə başladı. Milləti təhqir etməklə siyasət aparmaq olmaz. Zəlzələdən sağ çıxanları təhqir etmək düzgün deyil. CHP bələdiyyələri və onlara bağlı QHT-lər zəlzələ qurbanlarına hər cür biabırçılıq nümayiş etdirdilər. Onların Tekirdağda qaldıqları oteli boşaltdılar. Mən fikirləşmək istəmirəm ki, seçkinin nəticəsi əks olsaydı, nə edərdilər”, - deyə Ərdoğan qeyd edib.