"Əliyev və Paşinyanı gələn həftə Moskvada gözləyirik" - Peskov

 14:13 19.05.2023     361

Kreml Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli təmasların mümkünlüyü barədə operativ məlumat verəcək.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

"Gələn həftə, doğrudan da, biz Avrasiya inteqrasiyası məsələləri ilə məşğul olacağıq. Moskvada həm Avrasiya İqtisadi Forumu, həm də Ali Avrasiya İqtisadi Şurasının iclası olacaq. Biz gözləyirik ki, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada olacaq”, - Kremlin sözçüsü mayın 25-də Moskvada üçtərəfli sammitin keçirilməsi perspektivləri ilə bağlı sualı cavablandırarkən bildirib.

Xatırladaq ki, bu gün Rusiya paytaxtında Lavrovun Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə üçtərəfli danışıqları da planlaşdırılır.

Tunar Altunbay