Rusiya Cənubi Qafqazda sabitləşməyə dair sazişlərin həyata keçirilməsinə çalışacaq - Lavrov

 15:01 19.05.2023     704

Moskva Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsinə dair razılaşmaların yerinə yetirilməsini təmin etmək üçün əlindən gələni edəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə üçtərəfli danışıqlarda deyib.

“Biz bütün səyləri göstərəcəyik ki, Cənubi Qafqazda vəziyyətin sabitləşməsi ilə bağlı qərarlar yerinə yetirilsin”, - Rusiyanın baş diplomatı bildirib.

"Biz gözləyirik ki, bu regionda olmaqda maraqlı olan bütün digər ölkələr onlara hörmətlə yanaşacaqlar” - deyə Lavrov əlavə edib.

Turan İSMAYIL