Fazil Mustafanın qolunun sarğısı açıldı - VİDEO

 16:21 19.05.2023     824

İrana bağlı terrorçular tərəfindən güllələnmiş deputat Fazil Mustafadan yeni xəbər var.

Redaktor.az xəbər verir ki, millət vəkili özünün feysbuk hesabında sarğılarının açıldığını bildirib.

"Nəhayət Allaha şükürlər olsun ki, qolumuz açıldı. İnşallah yolumuz da açılacaq! Həkimlərimiz var olsun. Dualarını əsirgəməyən insanlarımız var olsun. Düşmənlərimizi də Allah islah etsin. Ay yarım sonra ilk dəfə idi ki, namazı da qaydalara uyğun qılmağa başladım. Ayaqlarım məni mahcub etmədi. Qolumun reabilitasiya prosesi də davam edəcək, ümidim var ki, siyasi həyata qayıtdığım kimi, futbol, basketbol sahələrinə də qayıtmaq mümkün olacaq. Yenidən mübarizənin ön sıralarında olmalıyıq və olacağıq! Allah millətimizi və dövlətimizi qorusun!", - deyə F.Mustafa yazıb.

Xatırladaq ki, 28 mart 2023-cü il tarixdə Milli Məclisinin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası almışdı. 

T.İSMAYIL