"İrəvan və Bakı sülh müqaviləsi mövzusunda ümumi baxışa yaxınlaşıblar" - Lavrovdan AÇIQLAMA

 17:01 19.05.2023     540

İrəvan və Bakı Qarabağda təhlükəsizliyi yaxşılaşdırmadan sülhə nail olmağın çətinliyini bəyan etdilər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə üçtərəfli danışıqlardan sonra deyib.

"Ermənistan və Azərbaycan XİN rəhbərləri bəyan ediblər ki, Qarabağda təhlükəsizlik vəziyyəti yaxşılaşdırılmadan sülh müqaviləsi üzərində işləmək çətin olacaq" - o, bildirib.

Lavrov əlavə edib ki, Moskvada keçirilən danışıqlarda Ermənistan və Azərbaycan sülh müqaviləsi mövzusunda ümumi baxışa yaxınlaşdıra biliblər.

"Gələn həftə Dağlıq Qarabağ üzrə üçtərəfli işçi qrupunun görüşü keçiriləcək" deyən Lavrov bildirib ki, Ermənistan və Azərbaycan həmçinin Rusiyanın iştirakı ilə sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyanın iclasının yaxın vaxtlarda keçirilməsi barədə razılığa gəliblər.

Turan İSMAYIL