ABŞ Ermənistan şirkətlərinə sanksiya tətbiq etdi

 17:31 19.05.2023     366

ABŞ Ticarət Departamenti Rusiya Federasiyası ilə əlaqəli 70 təşkilata, o cümlədən Ermənistan və Qırğızıstandan olan təşkilatlara qarşı ixrac məhdudiyyətləri tətbiq edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Amerikanın ixracına qoyulan cari qadağa ümumilikdə 69 digər Rusiya təşkilatına şamil edilib.

ABŞ-ın yeni sanksiyalarına əsasən, "NPP Prima", "NPO İjevsk Pilotsuz Sistemləri", "Strela", "Rostvertol", "PJSC Proletarsky Zavod" və Kovrovdakı V. A. Deqtyarev adına müdafiə zavodu da sanksiya siyahıyasına düşüb.

Məhdudiyyətlər NPK Texmaş, Motovilikhinskiye Zavodı, Ulyanovsk Mexanika Zavodu, Kurqanmaşzavod PJSC və Promtexnologiya Zavoduna, Ulan-Ude Aviasiya Zavoduna, Bryansk Avtomobil Zavoduna və Ural zavodlarına da tətbiq edilib..

ABŞ Ticarət Nazirliyinin sanksiya siyahısına Military Industrial Company və Tulmaşzavod da daxildir.

Tunar Altunbay