Molla rejimi Əhməd Obalı və oğluna qarşı terrora cəhd etdi - VİDEO

 20:01 21.05.2023     400

Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əhməd Obalı və oğlu Dəniz ABŞ-da vəhşicəsinə döyülüb.

Redaktor.az "musavat.com"a istinadla xəbər verir ki,Əhməd Obalı və ailəsi uzun illər Amerikada mühacir həyatı yaşayıb. Hazırda o, ABŞ vətəndaşıdır. Əhməd Obalı İran rejiminə qarşı mübarizə aparan GünAz TV-nin rəhbəri və qurucusudur.

Obalı Azərbaycana sıx-sıx gedib gəlirdi. Bu hadisə də Azərbaycandan dönüşdən 1 gün sonra baş verib. Hadisənin təfsilatı ilə bağlı dəqiq məlumat yoxdur. Lakin ilkin versiyaya görə bu, İran kəşfiyyatının əməlidir.

Əhməd Obalıya yaxın mənbələrdən Musavat.com-a verilən məlumata görə, hazırda Əhməd bəyin vəziyyəti ağırdır, oğlu isə reanimasiyaya yerləşdirilib. Güney Azərbaycan liderinin barmaqları qırılıb, boynunu qırmağa cəhd ediblər, bu səbəbdən də qolları və barmaqları işləmir.

Obalılara sui-qəsd edən 6 nəfər olub. ABŞ polisi onları yaxalayıb.

Musavat.com Əhməd Obalının hadisə ilə bağlı rəyini əldə edə bilib. Obalı deyib ki, bu hadisənin arxasında duranları da, onu həyata keçirənləri də bilir. Əhməd Obalının yaxınları onun ən ağır durumda dediyi bir neçə dəqiqəlik ifadəni lentə alıblar. O deyib ki, indiyə qədər bu yolda alnıaçıq yeriyib, əlindən gələn hər şeyi vətəni və milləti üçün edib.

Musavat.com bildirir ki, redaksiyamıza Ə. Obalının reanimasiyada çəkilmiş videosu da daxil olub. Onu da yaxın zamanda yayacağıq.

ehmed.jpeg (149 KB)